Modu Barrou “Sivasspor”dan ayrıldı – Rəsmi

“Sivasspor” bu mövsümün əvvəlində Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan icarəyə götürdüyü Modu Barrou ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

31 yaşlı sol cinah vingeri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Sivas klubu bu barədə Türkiyə Futbol Federasiyasına da rəsmi məlumat göndərib.

Modu Barrou 2023-cü ilin avqustunda “Əl-Əhli”dən bir mövsümlük icarəyə götürülmüşdü. Qambiyalı futbolçu bu komandanın heyətində forma geyindiyi 18 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Sivas klubunun mətbuat xidmətinin rəhbəri Gökhan Karagöl Modunun komandadan ayrılmasının səbəblərini açıqlayıb. O, futbolçunun bu qış transfer pəncərəsi dövründə çoxlu təkliflər aldığını deyib:

“Barrou üçün təkliflər var idi. İstədiyimiz oyunçunu göndəririk, istəmədiyimiz oyunçunu yox. Heyət baxımından komandanın Borrouya ehtiyacı var idi. Biz ondan razıyıq və qalmasını istəyirdik”.

Modu Barrou 2023-cü ilin yanvarından “Əl-Əhli”nin formasını geyinir. 30 yaşlı futbolçu “Jeonbuk”, “Dənizlispor”, “Ridinq”, “Lids”, “Bləkbörn”, “Nottingem Forest”, “Suonsi Siti”, “Östersund”, “Varberq”, “Norçöpinq”, “Myalbü” kimi klublarda da çıxış edib. O, Qambiya yığmasında da 18 oyuna 2 qol vurub.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: