Bundesliqa: “Borussiya” və “Ştutqart”dan səfər qələbəsi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Maynts” və Mönxenqladbax “Borussiya”sı arasındakı oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Leypsiq” səfərdə “Boxum”a, “Auqsburq” isə “Darmştadt”a böyük hesabla qalib gəlib.

“Union Berlin”in qonağı olan Dortmund “Borussiya”sı inamlı qələbəyə sevinib.

“Haydenhaym” – “Ayntraxt” və “Volfsburq” – “Ştutqart” matçlarında da qonaqların qələbəsi qeydə alınıb.

24-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
24-cü tur

1 mart

Frayburq – Bayern 2:2
Qollar: Günter, 12. Holer, 87 – Tel, 35. Musiala, 75.

2 mart

Boxum – Leypsiq 1:4
Qollar: Vittek, 7 – Olmo, 30. Openda, 68. Ordets, 71-öz qapısına. Poulsen, 72.

Darmştadt – Auqsburq 0:6
Qollar: Tiets, 2; 84. Yensen, 12. Demiroviç, 20; 29. Varqas, 25.

Haydenhaym – Ayntraxt 1:2
Qollar: Peringer, 59 – Gimber, 39-öz qapısına. Nkunku, 49.

Maynts – Borussiya (Mönxenqladbax) 1:1
Qollar: Burkardt, 12 – Nqumu, 55.

Union Berlin – Borussiya (Dortmund) 0:2
Qollar: Adeyemi, 41. Matsen, 90.

Volfsburq – Ştutqart 2:3
Qollar: Mehle, 50. Nmeça, 83 – Girassi, 14; 54-pen. Vaqnoman, 78.

3 mart

18:30. Köln – Bayer
20:30. Hoffenhaym – Verder

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: