Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Borussiya” (Mönxenqladbax) – “Köln” matçında qalib müəyyənləşməyib. Səfərdə “Verder”lə qarşılaşan Dortmund “Borussiya”sı isə turu qələbə ilə başa vurub.
“Auqsburq” “Haydenhaym”ı, “Leypsiq” də “Darmştadt”ı məğlub yola salıb.
Son çempion “Bayern” də doğma meydanda “Maynts”a biabırçı hesabla qalib gəlib. Münhen təmsilçisi rəqib qapısından 8 top keçirib.
25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
25-ci tur
8 mart
Ştutqart – Union Berlin 2:0
Qollar: Girassi, 19. Fuhrix, 65.
9 mart
Auqsburq – Haydenhaym 1:0
Qol: Qaueleu, 22.
Borussiya (Mönxenqladbax) – Köln 3:3
Qollar: Honorat, 32. Hak, 71; 73 – Alidu, 7; 64. Dauns, 79.
Bayern – Maynts 8:1
Qollar: Keyn, 13; 45+7; 70. Qoretska, 20; 90+2. Müller, 47. Musiala, 61. Qnabri, 66 – Amiri, 31.
Leypsiq – Darmştadt 2:0
Qollar: İşervud, 3-öz qapısına. Baumqartner, 50.
Verder – Borussiya (Dortmund) 1:2
Qollar: Njinmah, 70 – Malen, 21. Sançoo, 38.
10 mart
18:30. Boxum – Frayburq
20:30. Ayntraxt – Hoffenhaym
22:30. Bayer – Volfsburq


