Asif Məmmədov və Ülvi İsgəndərova daha 2 zədəli qoşuldu

“Qəbələ”nin dörd futbolçusu Asif Məmmədov, Ülvi İsgəndərov, Ahmed Ayzaya və İlkin Qırtımov “Zirə” ilə növbəti matçı buraxacaqlar.

Arena.az xəbər verir ki, əyalət təmsilçisi sabah Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq.

“Qəbələ” səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub. Dörd futbolçu komandanın məşqinə qatılmayıb. Asif Məmmədov, Ülvi İsgəndərov, Ahmed Ayzaya və İlkin Qırtımov iştirak etməyiblər. Buna onların müxtəlif zədələrdən əziyyət çəkməsi səbəb göstərilir.

Qeyd edək ki, aprelin 7-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Qəbələ” qarşılaşmasına saat 16:30-da start veriləcək.

Bu qarşılaşma rəqiblərin ümumilikdə 38-ci dueli olacaq. Əvvəlki 37 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 14 qələbəsi olan komanda 15 heç-heçəyə imza atıb və 8 dəfə uduzub. “Zirə” ilə matçlarda 48 qol vuran “qırmızı-qaralar” 32 top buraxıblar. Bu görüşlərdə “Qəbələ”nin ən yaxşı bombardirləri 4 qol vuran Aleksey Qay və Ülvi İsgəndərovdur.

İndiyə qədər keçirilən 37 görüşdən 34-ü çempionat, 3-ü kubok çərçivəsində keçirilib. Premyer Liqada 12 dəfə qalib gələn “Qəbələ” 15 matçdan 1 xalla ayrılıb. Digər 7 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 40 qol vuran “qırmızı-qaralar” 29 top buraxıblar.

20-ci dəfə “Zirə”nin qonağı olacaq “Qəbələ” rəqib meydanında 6 dəfə qələbə qazanıb. Əyalət təmsilçisi 6 heç-heçə edib və 7 dəfə məğlubiyyət alıb. “Qırmızı-qaralar” bu görüşlərdə 24 qol vurub və 21-nı buraxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: