Bundesliqa: “Bayern” uduzdu, “Bayer” yenə qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Dortmund “Borussiya”sı evdə “Ştutqart”a, “Frayburq” isə “Leypsiq”ə məğlub olub.

“Köln” “Boxum”la ev oyununda çətin qələbəyə sevinibsə, “Maynts” “Darmştadt”ı 4 cavabsız qolla yenib.

Səfərdə “Haydenhaym”la qarşılaşan son çempion “Bayern” yenə gözlənilməz nəticəyə imza atıb. Münhen təmsilçisi ilk hissədə 2:0 hesabıyla öndə olduğu bu oyundan məğlubiyyətlə ayrılıb. Əsas izləyicisinin xal itkisindən maksimum yararlanan lider “Bayer” səfərdə “Union Berlin”i minimal hesabla məğlub edərək xal fərqini artırıb. Artıq Leverkuzen təmsilçisi növbəti turda qalib gəlməklə çempionluğu vaxtından əvvəl təmin etmiş olacaq. Hazırda “Bayer”in 76, ikinci və üçüncü pillələri bölüşən “Bayern” və “Ştutqart”ın isə 60 xalı var.

28-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
28-ci tur
5 aprel

Ayntraxt – Verder 1:1
Qollar: Tuta, 77 – Velkoviç, 62.

6 aprel

Köln – Boxum 2:1
Qollar: Tigges, 90+1. Valdşmidt, 90+2 – Passlak, 53.

Frayburq – Leypsiq 1:4
Qollar: Qrifo, 59 – Haydara, 2. Openda, 18; 44. Şeşko, 54.

Haydenhaym – Bayern 3:2
Qollar: Sessa, 50. Klayndinst, 51; 79 – Keyn, 38; Qnabri, 45.

Maynts – Darmştadt 4:0
Qollar: Olsen, 33. Qruda, 60. Sun, 80; 84.

Union Berlin – Bayer 0:1
Qol: Virts, 45+8-pen.

Borussiya (Dortmund) – Ştutqart 0:1
Qol: Girassi, 64.

7 aprel

17:30. Hoffenhaym – Auqsburq
19:30. Volfsburq – Borussiya (Mönhenqladbax)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: