İngiltərənin “Liverpul” klubu ev oyunlarını keçirdiyi “Enfild” stadionunda müsəlman azarkeşləri üçün iftar süfrəsi açıb.
Arena.az xəbər verir ki, Premyer Liqa və dünya nəhəngi bu layihəni “Liverpul fondu” ilə birgə “Ramazanı paylaş” proqramı çərçivəsində həyata keçirib.
İftar zamanı “Enfild” stadionunda canlı olaraq azan oxunub. Bu məqam sosial şəbəkələrdə canlı göstərilib və böyük marağa səbəb olub. İngiltərə klubunun müsəlman tərəfdarları pulsuz təqdim olunan iftar süfrəsində oruclarını açıb, dualar ediblər.
Xatırladaq ki, bir ay öncə başlamış Ramazan ayı sabah – aprelin 10-da başa çatacaq.
Bahar Rüstəmzadə


