Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Darmştadt”ın qonağı olan “Hoffenhaym” 6 cavabsız qolla qalib gəlib.
Çempionluğu da təmin etmiş lider “Bayer” bu dəfə səfərdə “Boxum”u 5 cavabsız qolla yenib.
“Bayern” isə “Volfsburq”la ev oyununda 2 cavabsız qola sevinib.
Beləliklə, 33 turdan sonra 87 xalı olan “Bayer” vahid liderdir. “Bayern” 72 xalla 2-ci, “Ştutqart” 70 xalla 3-cü pillədə qərarlaşıb. “Leypsiq” 64, Dortmund “Borussiya”sı 60, “Ayntraxt” 46, “Hoffenhaym” 43, “Frayburq” 42, “Haydenhaym”, “Auqsburq” və “Verder” 39, “Volfsburq” 37, Mönhenqladbax “Borussiya”sı 34 xal toplayıblar.
Almaniya, Bundesliqa
33-cü tur
10 may
Auqsburq – Ştutqart 0:1
Qol: Girassi, 48.
11 may
Borussiya (Mönhenqladbax) – Ayntraxt 1:1
Qollar: Hak, 9 – Ebimbe, 35.
Köln – Union Berlin 3:2
Qollar: Kaynts, 45-pen. Tigges, 87. Dauns, 90+3 – Knoxe, 15. Folland, 19-pen.
Frayburq – Haydenhaym 1:1
Qollar: Doan, 29 – Sessa, 38.
Leypsiq – Verder 1:1
Qollar: Şeşko, 61 – Seyvald, 36-öz qapısına.
Maynts – Borussiya (Dortmund) 3:0
Qollar: Barreyro, 12. Son, 19; 23.
12 may
Darmştadt – Hoffenhaym 0:6
Qollar: Bebu, 2; 51. Beyer, 6; 44. Kaderabek, 22. O.Kabak, 26.
Bayern – Volfsburq 2:0
Qollar: Zvonarek, 4. Qoretska, 13.
Boxum – Bayer 0:5
Qollar: Şik, 41. Bonifase, 45+2. Adli, 76. Stanişiç, 86. Qrimaldo, 90+3.


