Futbol üzrə İspaniya yığma komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək ilkin heyəti müəyyənləşib.
Arena.az bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytına istinadən məlumat verir.
Vurğulayaq ki, siyahıda hazırda 29 futbolçu var. Amma İspaniya yığması yekun ərizəyə yalnız 26 futbolçu daxil edə biləcək. Yığmanın baş məşqçisi Luis de la Fuente qarşıdakı günlərdə yekun qərarını da açıqlamalıdır.
Qapıçılar: Unai Simon (“Atletik”), David Rayya (“Arsenal”, İngiltərə), Aleks Remiro (“Real Sosyedad”);
Müdafiəçilər: Dani Karvaxal (“Real”), Xesus Navas (“Sevilya”), Emerik Lyaport (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Robin Le Norman (“Real Sosyedad”), Dani Vivian (“Atletik”), Pau Kubarsi (“Barselona”), Alexandro Qrimaldo (“Bayer”, Almaniya), Naço Fernandes (“Real”), Mark Kukurelya (“Çelsi”, İngiltərə);
Yarımmüdafiəçilər: Rodriqo Ernandes (“Mançester Siti”, İngiltərə), Martin Subimendi (“Real Sosyedad”), Mikel Merino (“Real Sosyedad”), Fabian Ruis (PSJ, Fransa), Aleks Baena (“Vilyarreal”), Markos Lyorente (“Atletiko”, Madrid), Pedri (“Barselona”), Aleş Qarsiya (“Jirona”), Fermin Lopes (“Barselona”);
Hücumçular: Lamin Yamal (“Barselona”), Niko Uilyams (“Atletik”), Daniel Olmo (“Leypsiq”, Almaniya), Mikel Oyarzabal (“Real Sosyedad”), Pablo Sarabia (“Vulverhempton”, İngiltərə), Xoselu (“Real”), Alvaro Morata (“Atletiko”, Madrid), Ferran Torres (“Barselona”), Ayose Peres (“Betis”).
Xatırladaq ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.
İspaniya yığması “B” qrupunda İtaliya, Xorvatiya və Albaniya yığmaları ilə mübarizə aparacaq.


