İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün yarımfinalında Fransa yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu, bizim qarşılaşdığımız dünya futbol gücüdür. İstedadlı, güclü, sürətli – dünyanın ən yaxşılarından biri. Ümidvaram ki, bu, maraqlı oyun olacaq, amma həmişə olduğu kimi, xüsuslardan asılı olacağını gözləyirəm. Onların möhtəşəm fərdi istedadları var – dünyanın ən yaxşılarından bəziləri – amma inanıram ki, biz onların səviyyəsindəyik. Mənim ən böyük imtiyazlarımdan biri odur ki, bizim, fərqli xüsusiyyətlərə malik bir sıra oyunçularımız var: sürət, nəzarət, böyük təcrübəyə malik oyunçular”, deyə Luis de la Fuente komandasına güvəndiyini başa düşməyə əsas verib.
İspan mütəxəssis rəqibin təpkisi haqda xüsusilə danışıb:
“Dərhal deyəcəyəm ki, Fransaya xas olan, çox qaçan oyunçulara qarşı ötürmələr vacibdir. Bu, tarazlığı qoruyub-saxlamağın yeganə yoludur.
Ötən gün Laminə dedim ki, onu sıxan üç oyunçu olsa, meydanda bizim üstünlüyümüz qabaracaq məkan olacaq. Biz isə topu ora çatdırmalı olacağıq, nəinki topu oraya çatdırmalıyıq. Sürətli bir hərəkətlə topu ora çatdırmaq gərkdir. Bu, həm də oyunun təfsiridir. Məhz ona görə də biz kömək etməli, amma meydanın digər sahələrindən də xəbərdar olmalıyıq”, – AS dərgisi Luis de la Fuentedən sitat gətirir.
İspan mütəxəssis Fransa yığmasının kaitanı, ulduz hücumçu Kilian Mbappe haqqında da fikirlərini ifadə edib:
“Onun kimi futbolçular gözlənilməzdirlər. Yarı gücündə oynayan Kilian Mbappe, tam gücü ilə oynayan hər hansı digər oyunçu kimidir. Onun kimi oyunçular hər an oyunun nəticəsini həll edə bilərlər. O, dahidir, dünya səviyyəli futbolçudur”, – UEFA-nın mətbuat xidməti Luis de la Fuentedən sitat gətirir.
Xatırladaq ki, AÇ-2024-ün yarımfinal mərhələsinin İspaniya – Fransa oyunu bu gün, iyulun 9-da Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


