“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubundan nə vaxt ayrıla biləcəyi və milli komandalara baş məşqçi gedəcəyi barədə danışıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən nə vaxt dayanacağımı bilmirəm. Yəqin ki, klub məndən bezəndə “Real”dan ayrılacağam, bundan sonra isə nə edəcəyimi düşünməliyəm. Əminliklə deyə bilərəm ki, mən milli komandalarda işləməyə mənfi münasibət bəsləyirəm. Mən gündəlik işə üstünlük verirəm. Çalışdırdığım bir çox komandalar arasında “Real” və “Milan” ən çox bağlı qaldığım komandalardır. “Real” bir ailədir”, deyə Karlo Ançelotti vurğulayıb.
Xatırladaq ki, 64 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçiblər.


