Almaniya Bundesliqasının 1-ci turunda Mönhenqladbax “Borussiya”sı ilə səfər oyunu Leverkuzen “Bayer”i üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, oyun “əczaçılar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində ispan mütəxəssis Xabi Alonsonun yetirmələri Almaniya Bundesliasının özlərinə məxsus məğlubiyyətsizlik rekordunu yeniləyiblər. Komanda 35 oyundur ki, Bundesliqada məğlubiyyət tanımır.
“Bayer”in Almaniya Bundesliqasındakı son məğlubiyyəti 2022/2023-cü illər mövsümünün sonuncu turunda “Boxum”la oyuna (0:3) təsadüf edir.
Xatırladaq ki, “Bayer” Bundesliqanın 2023/2024-cü illər mövsümündə 34 oyunda bir dəfə də məğlub olmadan rekord müəyyənləşdirib. Nəticədə bu klub 90 xalla tarixində ilk dəfə Almaniya çempionu olub.


