“Bayern” Bundesliqada yeni rekord müəyyənləşdirdi

Almaniya Bundesliqasının 1-ci turu çərçivəsində “Volfsburq”a qarşı səfər oyunu “Bayern” üçün statistik məqamla əlamətdar olub.

Arena.az bu barədə “Opta” statistik internet-portalına istinadən məlumat verir.

Münhen təmsilçisi 3:2 hesabı ilə qalib gəlməklə, Bundesliqa mövsümlərinin açılış oyunlarında öz məğlubiyyətsiz silsiləsini 13 oyuna çatdırıb.

Mənbənin məlumatına görə, bu nailiyyət komandanın Bundesliqa tarixində yeni rekordu olub. Münhenlilərin Bundesliqa mövsümlərinin ilk oyunlarında 11 qələbəsi və 2 heç-heçəsi var.

1-ci turdan sonra “Bayern” 3 xalla Bundesliqanın yarış cədvəlinin liderlər dəstəsində – 5-ci pillədə qərarlaşıb. Xalsız “Volfsburq” isə 13-cü pillədədir. Bundesliqaya 3 xalla “Frayburq” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: