U-15: Millimiz Özbəkistana da məğlub oldu

15 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi (U-15) Belarusda təşkil olunmuş UEFA İnkişaf Turnirində növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, millimiz bu dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində baş tutan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 76-cı dəqiqədə Könül Hüseynova vurub.

Xatırladaq ki, daha əvvəl millimiz Belarusa 1:8 hesabı ilə uduzmuşdu. Azərbaycan milli komandası turnir çərçivəsində son oyununu sentyabrın 22-də Rusiya yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan yığması Belarusa bu heyətlə yollanıb:

  1. Aydan Abdullayeva – Səbail
  2. İradə Əsədli – Mingəçevir
  3. Elmira Hüseynova – Səbail
  4. Sara Səlimova – Gömrükçü
  5. Məryəm Ağaverdiyeva – Gömrükçü
  6. Nuray Ələkbərli – Ümid Gəncə
  7. Aylin Əliyeva – Gömrükçü
  8. Xədicə Rəhimova – Səbail
  9. Suhel Polikarpova – Səbail
  10. Məryəm Səmədli – Səbail
  11. Zəhra İsmayılova – Baku Sporting
  12. Xədicə Əlizadə – Baku Sporting
  13. Duyğu Həsənli – Baku Sporting
  14. Şəhanə Mirzəliyeva – Mingəçevir
  15. Könül Hüseynova – Mingəçevir
  16. Zəhra Rzayeva – İsmayıllı
  17. Könül Sadiqli – İsmayıllı
  18. Zəhra Abdullayeva – Ümid Gəncə
  19. Səmayə Əkbərova – Ümid Gəncə
Xəbəri sosial şəbəkələrdə paylaş: