“Bayer”in baş məşqçsisi Xabi Alonso Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda “Feyenoord”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Almaniya çempionu Niderlandda baş tutan səfər oyunundan 4:0 hesablı möhtəşəm qələbə ilə ayrılıb.
İspan mütəxəsss matçdan sonra baş tutan mətbuat konfransında komandasının çıxışına belə qiymət verib:
“Mənim yetirmələrim özlərini əla göstərdilər. “Bayer” səfər ab-havasına rəğmən, yetkin futbol nümayiş etdirdi. Uşaqlar yaxşı iş gördülər. Bu yarışda həmişə qol vurmaq gərəkdir, həm də müdafiə olunmaq vacibdir. Bu oyunda isə hər şey bizim xeyrimizə oldu. Biz dövriyyədən düşməməliyik”, deyə Xabi Alonso həvəslə bildirib.
3 xal qazanmış “Bayer” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Xalsız “Leypsiq” isə 25-ci pillədə yer alıb.


