Bundesliqa: “Borussiya” 5 qola üzüldü, “Bayer” qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Son çempion “Bayer”in “Volfsburq”la ev oyunu kifayət qədər məhsuldar alınıb. Yeddi qolun qeydə alındığı qarşılaşmanın yekununda Leverkuzen təmsilçisi çətin qələbəyə sevinib.

Dortmund “Borussiya”sı isə bu turda ağır məğlubiyyətə üzülüb. Ştutqartın qonağı olan dortmundlular qapılarında 5 qol görüblər.

“Sankt Pauli” – “Leypsiq” matçı da qolsuz yekunlaşıb.

Beləliklə, 4 turdan sonra maksimum nəticə ilə irəliləyən yeganə komanda – “Bayern” 12 xalla vahid liderdir. “Bayer”, “Frayburq” və “Ayntraxt” 9 xal toplayıblar. “Union Berlin”lə “Leypsiq”in hesabında isə 8 xal var.

Almaniya, Bundesliqa
4-cü tur
20 sentyabr

Auqsburq – Maynts 2:3
Qollar: Şlotterbek, 25. Essende, 57 – Sieb, 13. Burkardt, 15; 49.

21 sentyabr

Boxum – Holştayn 2:2
Qollar: Bero, 22. Daşner, 35 – Pixler, 15. Matino, 89.

Haydenhaym – Frayburq 0:3
Qollar: Doan, 54. Qrifo, 59; 65.

Union Berlin – Hoffenhaym 2:1
Qollar: Rote, 4. Yanq, 6 – Bulter, 67.

Verder – Bayern 0:5
Qollar: Olise, 23; 60. Musiala, 32. Keyn, 57. Qnabri, 65.

Ayntraxt – Borussiya (Mönhenqladbax) 2:0
Qollar: Larsson, 31. Marmuş, 80.

22 sentyabr

Bayer – Volfsburq 4:3
Qollar: Virts, 14. Ta, 32. İnkapye, 49. Bonifase, 90+3 – Mukiele, 5-öz qapısına. Bornau, 37. Svanberq, 45+1.

Ştutqart – Borussiya (Dortmund) 5:1
Qollar: Undav, 4; 90. Demiroviç, 21. Millo, 62. Ture, 80 – Girassi, 75.

Sankt Pauli – Leypsiq 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: