Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 7-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda Dortmund “Borussiya”sı doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
7-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
7-ci tur
18 oktyabr
Borussiya (Dortmund) – Sankt Pauli 2:1
Qollar: Bensebaini, 43. Girassi, 83 – Smit, 78.
19 oktyabr
17:30. Borussiya (Mönhenqladbax) – Haydenhaym
17:30. Bayer – Ayntraxt
17:30. Frayburq – Auqsburq
17:30. Hoffenhaym – Boxum
17:30. Maynts – Leypsiq
20:30. Bayern – Ştutqart
20 oktyabr
17:30. Holştayn – Union Berlin
19:30. Volfsburq – Verder


