Bundesliqa: “Verder”lə “Union Berlin”dən səfər qələbəsi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Holştayn” doğma meydanda “Union Berlin”ə 2 cavabsız qolla uduzub. Altı qolun qeydə alındığı “Volfsburq” – “Verder” matçında da qonaqlar inamlı qələbəyə seviniblər.

Beləliklə, 7 turdan sonra 17 xala malik “Bayern” zirvədə qərarlaşıbsa, eyni xala malik “Leypsiq” ikincidir. “Frayburq” 15 xalla ilk üçlüyü qapayır. Son çempion “Bayer”, eləcə də “Union Berlin” 14 xal toplayıblar. “Ayntraxt”la Dortmund “Borussiya”sının 13, “Verder”in 11, “Haydenhaym”, “Ştutqart” və Mönhenqladbax “Borussiya”sının 9, “Maynts”ın 8 xalı var.

Almaniya, Bundesliqa
7-ci tur
18 oktyabr

Borussiya (Dortmund) – Sankt Pauli 2:1
Qollar: Bensebaini, 43. Girassi, 83 – Smit, 78.

19 oktyabr

Borussiya (Mönhenqladbax) – Haydenhaym 3:2
Qollar: İtakura, 22. Kleyndienst, 62; 75-pen – Skiença, 12. Piringer, 80-pen.

Bayer – Ayntraxt 2:1
Qol: Andrix, 25. Bonifase, 72 – Marmuş, 16-pen.

Frayburq – Auqsburq 3:1
Qollar: Qrifo, 34. Linhart, 37. Günter, 45+1 – Tiets, 65.

Hoffenhaym – Boxum 3:1
Qollar: Kramariç, 11. Bulter, 64. Tabakoviç, 90+3 – Qamboa, 76.

Maynts – Leypsiq 0:2
Qol: Xavi Simons, 20. Orban, 37.

Bayern – Ştutqart 4:0
Qollar: Keyn, 57; 60; 80. Koman, 89.

20 oktyabr

Holştayn – Union Berlin 0:2
Qollar: Kemleyn, 18. Rote, 89.

Volfsburq – Verder 2:4
Qollar: T.Tomas, 19. Mehle, 79 – Vizer, 45+5. Aqu, 51. Dukş, 67. Qrull, 72.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: