Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Sankt-Pauli” – “Volfsburq” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Verder” – “Bayer” görüşü də bərabərliklə yekunlaşıb.
Səfərdə “Auqsburq”la qarşılaşan Dortmund “Borussiya”sı turu məğlubiyyətlə başa vurub. “Leypsiq” “Frayburq”u, “Ştutqart” da “Holştayn”ı məğlub yola salıb.
8-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
8-ci tur
25 oktyabr
Maynts – Borussiya (Mönhenqladbax) 1:1
Qollar: Layner, 55-öz qapısına – Kleyindienst, 57.
26 oktyabr
Auqsburq – Borussiya (Dortmund) 2:1
Qollar: Klod-Moris, 25; 50 – Malen, 4.
Leypsiq – Frayburq 3:1
Qollar: Orban, 47. Geertruida, 58. Openda, 79 – Doan, 15.
Sankt-Pauli – Volfsburq 0:0
Ştutqart – Holştayn 2:1
Qollar: Undav, 19. Ture, 61 – Giqoviç, 84.
Verder – Bayer 2:2
Qollar: Dukş, 74. Şmid, 90 – Bonifase, 30. Aqu, 77-öz qapısına.
27 oktyabr
18:30. Boxum – Bayern
20:30. Union Berlin – Ayntraxt
22:30. Haydenhaym – Hoffenhaym


