Almaniya Bundesliqasının ən ödənişli məşqçilərinin üçlüyündən ibarət siyahı futbol ictimaiyyətinə təqdiim edilib.
Arena.az “Ekip” nəşrinə istinadən məlumat verir ki, siyahının zirvəsində Almaniya nəhəngi “Bayern”in belçikalı çalışdırıcısı Vensan Kompani qərarlaşıb.
Kompaninin aylıq gəliri 750 min avro məbləğindədir.
İkinci pillədə Leverkuzen “Bayer”inin ispan çalışdırıcısı Xabi Alonso yer alıb. Alonso ayda 425 min avro məbləğində qazanır.
İlk üçlüyü isə “Leypsiq”in alman baş məşqçisi Marko Roze qapayır. Rozenin aylıq maaşı isə 375 min avro məbləğindədir.
Sözügedən mütəxəssislərin çalışdırdığı komandaların Almaniya Bundesliqasının 26 turundan sonra yarış cədvəlindəki mövqeyini təqdim edirik:
- “Bayern” – 62 xal;
- “Bayer” – 56 xal;
- “Leypsiq” – 42 xal.


