Ançelotti “Real”ın yoxlama oyunlarındakı məğlubiyyətini şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın hazırlıq xüsuslu iki yoxlama oyununda ardıcıl məğlubiyyətinə aydınlıq gətirib.

Arena.az xatırladır ki, “Real” avqustun 1-də “Milan”a (0:1), bu gün, avqustun 4-də isə əzəli rəqibi “Barselona”ya (1:2) məğlub olub.

“Gəlin, dəli olmayaq. Bunlar mövsümöncəsi oyunlardır, burada səkkiz oyunçu əskikdir. Bizim üçün nəticə, futbolçuların yaxşı formaya gətirilməsi qədər önəmli deyil. İndi biz taktiki məsələlər və bu kimi xüsuslar haqqında düşünmürük, sadəcə oyunçuları yaxşı vəziyyətdə saxlayırıq. Biz ayın 7-dən etibarən taktika üzərində işləyəcəyik”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, “Real” üçün yeni mövsüm avqustun 14-də, UEFA Super Kuboku uğrunda “Atalanta”ya qarşı oyunla başlayacaq. Oyun Polşanın paytaxtı Varşavanın “Milli” stadionunda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: