Aurelio De Laurentis istintaq çərçivəsində ifadə verəcək

“Napoli” klubunun prezidenti Aurelio De Laurentis istintaq çərçivəsində Roma prokurorluğunda ifadə verəcək.

Arena.az məlumat verir ki, italyan iş adamı komandanın nigeriyalı mərkəz hücumçu Viktor Osimhenin transferi ilə bağlı mümkün mühasibat saxtakarlığı ilə bağlı sorğulanacaq.

“Aurelio De Laurentis, futbolçu Viktor Osimhenin satışı ilə bağlı davam edən istintaqın bir hissəsi olaraq Roma prokurorluğundan dinləmə tələb edib. Klub prezidenti bunu əldə edib” – “Napoli” “X” sosial şəbəkəsindəki rəsmi hesabı üzərindən məlumat yayıb.

Xatırladaq ki, Aurelio De Laurentislə bağlı təhqiqat 2023-cü ilin iyununda başlayıb. Neapol prokurorları klubun futbolçusu Viktor Osimhenin 2020-ci ilin yayında təxminən 76 milyon avro məbləğ müqabilində alınması ilə bağlı sövdələşmə haqda sənədləri axtarış məqsədilə “Napoli”nin ofislərində axtarış aparıblar. Axtarışdan sonra, klubun prezidenti istintaqa cəlb edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: