Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, baş tutan qarşılaşmaların ardından 1/8 final mərhələsinə adlayan 8 klubun adına aydınlıq gəlib.
Ən maraqlı qarşılaşma İngiltərədəki “Old Trafford” stadionunda baş tutub. Burada yerli “Mançester Yunayted” “Barselona” ilə münasibətlərinə aydınlıq gətirib. İspaniyada keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə isə meydan sahibləri qələbə qazanmaqla növbəti mərhələyə yüksəliblər.
Turnirin digər favoritlərindən “Roma” öz meydanında “Zalsburq”la, “Yuventus” isə səfərdə “Nant”la qarşılaşıb. Hansı ki, İtaliya təmsilçiləri ilk oyunda sərfəli nəticə qazana bilməmişdilər. Amma bu iki komanda cavab matçında lazım olan nəticəni təmin etməklə növbəti mərhələyə vəsiqə qazanıblar.
“Monako” “Bayer”lə mübarizədən penaltilər seriyasında məğlub ayrılıb və mübarizəni dayandırıb. “Sevilya” isə səfərdə PSV-yə 2 cavabsız qolla uduzmasına baxmayaraq, ilk oyundakı darmadağın sayəsində mərhələ adlayıb. “Union Berlin” də “Ayaks” üzərindəki inamlı qələbə sayəsində istəyinə çatıb. “Sportinq” “Midtyulland”la səfər matçında darmadağına imza ataraq adını 1/8 finala yazdırıb. Donetsk “Şaxtyor”u da dramatik keçən “Renn”lə səfər matçında penaltilər seriyasından uğurlu sonluqla ayrılıb.
Xatırladaq ki, Avropa Liqasında 1/8 mərhələsinin püşkatma mərasimi bu gün – fevralın 24-də keçiriləcək.
Avropa Liqası
Pley-offun cavab oyunları
23 fevral
Midtyulland (Danimarka) – Sportinq (Portuqaliya) 0:4
Qol: Koates, 21. P.Qonsalves, 50; 77. Qartenman, 85-öz qapısına.
İlk oyun – 1:1
Monako (Fransa) – Bayer (Almaniya) 2:3 (penaltilər 3:5)
Qol: Ben Yedder, 19. Embolo, 84 – Virts, 13. Palasios, 21. Adli, 58.
İlk oyun – 3:2
Nant (Fransa) – Yuventus (İtaliya) 0:3
Qol: Di Mariya, 5; 20-pen; 78.
İlk oyun – 1:1
PSV (Niderland) – Sevilya (İspaniya) 2:0
Qol: L.De Yonq, 77. F.Silva, 905.
İlk oyun – 0:3
Roma (İtaliya) – Zalsburq (Avstriya) 2:0
Qol: Belotti, 33. Dibala, 40.
İlk oyun – 0:1
Mançester Yunayted (İngiltərə) – Barselona (İspaniya) 2:1
Qol: Fred, 47. Antoni, 73 – Levandovski, 18-pen.
İlk oyun – 2:2
Renn (Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 2:1 (penaltilər 4:5)
Qol: Ekambi, 52. Salah, 106 – Belosyan, 119-öz qapısına.
İlk oyun – 1:2
Union Berlin (Almaniya) – Ayaks (Niderland) 3:1
Qol: Knoxe, 20. Yuranoviç, 44. Doexi, 50 – Kudus, 47.
İlk oyun – 0:0


