Almaniya Bundesliqasının 2-ci turunda “Leypsiq” Leverkuzendə yerli “Bayer” üzrəində 3:2 hesablı əzmkar qələbə qazanıb.
Arena.az məlumat verir ki, oyunu 0:2 hesabından çevirib 3:2 hesablı qələbə qazanmış “öküzlər” bu qələbə sayəsində “əczaçılar”ın Almaniya Bundesliqasındakı məğlubiyyətsizlik silsiləsinə xitam vermiş olublar.
Beləliklə, Xabi Alonsonun çalışdırdığı komanda 2023-cü ilin mayından bəri Almaniya çempionatında ilk dəfə məğlub olub. Almaniya Bundesliqasının cari çempionu 35 oyunluq məğlubiyətsizlik silsiləsi müəyyənləşdirib.
“Bayer” 2 oyundan 3 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Leypsiq” isə 6 xalla Bundesliqanın yarış cədvəlinə başçılıq edir.


