Almaniya Bundesliqasına vəsiqə uğrunda “Fortuna” – “Boxum” cütünün qalibi ələmə mərhələsinin dramatik cavab oyununda müəyyənləşib.
Arena.az xatırladır ki, 1-ci Bundesliqanı təmsil edən Boxumun eyniadlı təmsilçisi ilk oyunda 2-ci Bundesliqa təmsilçisi “Fortuna”ya evdə 0:3 hesabı ilə məğlub olmuşdu.
Buna rəğmən, elita təmsilçisi səfərdə keçirilmiş cavab oyununda eyni hesabla qalib gələrək, cütün taleyini penaltilər silsilsiləsinə daşıyıb və burada “Fortuna”nı peşman edib – 6:5.
Beləliklə, “Boxum” Bundesliqadakı yerini qoruyub, Düsseldorf təmsilçisi isə doğma azarkeşləri önündə göz yaşlarına boğulub.
Xatırladaq ki, “Boxum” Almaniya Bundesliqasının 2023/2024-cü illər mövsümünü 33 xalla 16-cı yerdə başa vurmuşdu.
“Fortuna” isə 2-ci Bundesliqanın bürünc mükafatçısı qismində yüksəlişə iddialı idi.


