Brenner MLS klubunu “Udineze”yə dəyişdi

Amerika Birləşmiş Ştatlarının “Çinçinnati” klubunun braziliyalı hücumçusu Brenner Souza da Silva karyerasını İtaliyada davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 23 yaşlı futbolçu İtaliyanın “Udineze” klubuna transfer olunub. A Seriyası təmsilçisi bu keçid üçün ABŞ klubuna 10 milyon dollar ödəyib. Hansı ki, bu, MLS təmsilçisinin tarixində ən bahalı futbolçu satışıdır. Braziliyalı forvard iyul ayına qədər “Çinçinnati”də oynamağa davam edəcək. O, “Udineze”yə yay transfer pəncərəsi açılandan sonra qoşulacaq. Maraqlıdır ki, İtaliya klubu hələ bu transferi rəsmən açıqlamağa tələsmir.

Xatırladaq ki, Brenner Souza da Silva Braziliyanın “San Paulo” klubunun yetirməsidir. Hücumçu 2019-cu ildə ölkəsinin digər tanınmış klubu “Fluminense”də də icarədə oynayıb. Amma o, bu komandada cəmi 5 oyun keçirib.

“San Paulo”da 56 oyuna 24 qol vurub, 4 heç-heçə edən futbolçu 2021-ci ilin fevral ayında 11.82 milyon avro qarşılığında ABŞ klubuna keçmişdi. O, MLS təmsilçisində 72 oyun keçirib. Hücumçu bu görüşlərdə 27 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: