Bundesliqa: 1:1, 2:2, 3:3 – Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 27-ci turunun qarşılaşmalarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Hər üç oyun heç-heçə yekunlaşıb. Belə ki, “Auqsburq” – “Köln” oyununda qapılara 2, “Boxum” – “Darmştadt” matçında 4, “Ştutqart” – “Haydenhaym” görüşündə isə 6 qol vurulub.

Beləliklə, 27 turdan sonra 73 xala malik “Bayer” vahid liderdir. Son çempion “Bayern” 60 xalla 2-ci, “Ştutqart” 57 xalla 3-cü pillədə qərarlaşıb. Dortmund “Borussiya”sı 53, “Leypsiq” 50, “Ayntraxt” 41, “Auqsburq” və “Frayburq” 36, “Hoffenhaym” 33, “Verder” və “Haydenhaym” 30, “Union Berlin” 29, Mönhenqladbax “Borussiya”sı və “Volfsburq” 28, “Boxum” 26 xal toplayıblar. Son üç pillədə qərarlaşmış komandalardan “Maynts”ın 20, “Köln”ün 19, “Darmştadt”ın isə 14 xalı var.

Almaniya, Bundesliqa
27-ci tur
30 mart

Borussiya (Mönhenqladbax) – Frayburq 0:3
Qollar: Qreqoriç, 7. Rohl, 47. Doan, 57.

Bayer – Hoffenhaym 2:1
Qollar: Andrix, 88. Şik, 90+1 – Bayer, 33.

Ayntraxt – Union Berlin 0:0

Leypsiq – Maynts 0:0

Verder – Volfsburq 0:2
Qollar: Lakrua, 45+4. Mayer, 84.

Bayern – Borussiya (Dortmund) 0:2
Qollar: Adeyemi, 10. Ryerson, 83.

31 mart

Auqsburq – Köln 1:1
Qollar: Mayer, 18 – Selke, 33.

Ştutqart – Haydenhaym 3:3
Qollar: Girassi, 41. Stiller, 53. Undav, 90+8 – Nubel, 62-öz qapısına. Klayndinst, 84; 85.

Boxum – Darmştadt 2:2
Qollar: Hofmann, 30; 48 – Skarke, 62. Vilhelmsson, 76.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: