Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Auqsburq” doğma meydanda “Union Berlin”lə qarşılaşıb. Bu oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
29-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
29-cu tur
12 aprel
Auqsburq – Union Berlin 2:0
Qollar: Tiets, 47. Miçel, 81.
13 aprel
17:30. Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund)
17:30. Bayern – Köln
17:30. Boxum – Haydenhaym
17:30. Maynts – Hoffenhaym
17:30. Leypsiq – Volfsburq
20:30. Ştutqart – Ayntraxt
14 aprel
17:30. Darmştadt – Frayburq
19:30. Bayer – Verder