Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Ayntraxt” öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. 6 qolun vurulduğu görüşdə qalib aşkarlanmayıb.
Bu heç-heçədən sonra “Borussiya” 33 xalla 2-ci, “Ayntraxt” isə 26 xalla 7-ci pillədə qərarlaşıb.
16-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək. “Sankt Pauli” – “Leypsiq” və “Verder” – “Hoffenhaym” matçları isə əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Almaniya, Bundesliqa
16-cı tur
9 yanvar
Ayntraxt – Borussiya (Dortmund) 3:3
Qollar: C.Uzun, 22-pen. Ebnutalib, 71. Dahud, 90+2 – Beyer, 10. Nmeça, 68. Çukvuemeka, 90+6.
10 yanvar
18:30. Frayburq – Hamburq
18:30. Haydenhaym – Köln
18:30. Union Berlin – Maynts
21:30. Bayer – Ştutqart
11 yanvar
18:30. Borussiya (Mönhenqladbax) – Auqsburq
20:30. Bayern – Volfsburq


