Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 22-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Ayntraxt” – “Holştayn” matçı Frankfurt təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. “Verder” – “Hoffenhaym” matçında isə qonaqlar oxşar hesabla qələbə qazanıblar. “Haydenhaym”ın qonağı olan “Maynts” da turu inamlı qələbə ilə başa vurub.
Beləliklə, geridə qalmış 22 turdan sonra 55 xala malik “Bayern” vahid liderdir. “Bayer” 47 xalla ikinci, “Ayntraxt” 42 xalla üçüncü, “Leypsiq” 37 xalla dördüncü, “Frayburq” 36 xalla beşinci pillədə qərarlaşıb. “Maynts” və “Ştutqart”ın 35, Mönhenqladbax “Borussiya”sının 34, “Volfsburq”un 33, “Verder”in 30, Dortmund “Borussiya”sının 29, “Auqsburq”un 28, “Union Berlin”in 24, “Sankt Pauli” və “Hoffenhaym”ın 21, “Haydenhaym”ı və “Boxum”un 14, “Holştayn”ın 13 xalı var.
Almaniya, Bundesliqa
22-ci tur
14 fevral
Auqsburq – Leypsiq 0:0
15 fevral
Boxum – Borussiya (Dortmund) 2:0
Qollar: Masuras, 33; 35.
Sankt Pauli – Frayburq 0:1
Qol: Treu, 88-öz qapısına.
Ştutqart – Volfsburq 1:2
Qollar: Voltermade, 72 – T.Tomas, 77. Amura, 87-pen.
Union Berlin – Borussiya (Mönhenqladbax) 1:2
Qollar: A.İliç, 63-pen Ulrix, 10. Klayndienst, 26.
Bayer – Bayern 0:0
16 fevral
Verder – Hoffenhaym 1:3
Qollar: Nsoki, 7-öz qapısına – Stax, 28. Bişof, 44. Orban, 63.
Ayntraxt – Holştayn 3:1
Qollar: Larsson, 18. Tuta, 37. C.Y.Uzun, 60 – Porat, 73.
Haydenhaym – Maynts 0:2
Qollar: Burkardt, 28. Vayper, 49.


