Bundesliqa: “Ayntraxt”dan 3 qol, “Verder”dən çətin qələbə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 29-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Ştutqart” – “Verder” matçı qonaqların əzmkar qələbəsiylə yekunlaşıb. “Ayntraxt” isə Frankfurtda üz-üzə gəldiyi “Haydenhaym”ı 3 cavabsız qolla məğlub edib.

Beləliklə, geridə qalmış 29 turdan sonra 69 xala malik “Bayern” vahid liderdir. Ötən mövsümün qalibi “Bayer” 63 xalla ikinci, “Ayntraxt” isə 51 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 48, “Maynts”ın 46, “Frayburq”un 45, Mönhenqladbax “Borussiya”sının 44, Dortmund “Borussiya”sı, “Verder” və “Auqsburq”un 42, “Ştutqart”ın 40, “Volfsburq”un 38, “Union Berlin”in 34, “Hoffenhaym”ın 30 xalı var.

Almaniya, Bundesliqa
29-cu tur

11 aprel

Volfsburq – Leypsiq 2:3
Qollar: Fişer, 58. Skov Olsen, 75 – Openda, 11. X.Simons, 26; 49.

12 aprel

Borussiya (Mönhenqladbax) – Frayburq 1:2
Qollar: K.Günter, 14-öz qapısına – Osterhaqe, 16. Manzambi, 90.

Bayer – Union Berlin 0:0

Boxum – Auqsburq 1:2
Qollar: Hofmann, 60 – Essende, 16. M.Kömür, 90.

Hoffenhaym – Maynts 2:0
Qollar: Kramariç, 4; 32.

Holştayn – Sankt Pauli 1:2
Qollar: Bernardsson, 21 – D.Sinani, 34. Qeşvill, 90+2-öz qapısına.

Bayern – Borussiya (Dortmund) 2:2
Qollar: Gerrero, 65. Qnabri, 69 – Bayer, 75. Anton, 75.

13 aprel

Ştutqart – Verder 1:2
Qollar: Stergiu, 19 – Burke, 32; 90.

Ayntraxt – Haydenhaym 3:0
Qollar: Bahoya, 10. Kox, 42. Ekitike, 71.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: