Bu gün keçirilən bir oyunla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Mönhenqladbax “Borussiya”sı doğma meydanda son çempion “Bayer”lə qarşılaşıb. Leverkuzen təmsilçisi əlavə vaxtda vurduğu qələbə topu sayəsində yeni mövsümün ilk matçından 3 xalla ayrılıb.
Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
1-ci tur
23 avqust
Borussiya (Mönhenqladbax) – Bayer 2:3
Qollar: Elvedi, 59. Klayndienst, 85 – Caka, 12. Virts, 38; 90+11-pen.
24 avqust
17:30. Auqsburq – Verder
17:30. Frayburq – Ştutqart
17:30. Hoffenhaym – Holştayn
17:30. Maynts – Union Berlin
17:30. Leypsiq – Boxum
20:30. Borussiya (Dortmund) – Ayntraxt
25 avqust
17:30. Volfsburq – Bayern
19:30. Sankt Pauli – Haydenhaym


