Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Son çempion “Bayer” doğma meydanda “Holştayn”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Leverkuzen təmsilçisi hətta 2:0 öndə olmasına baxmayaraq, yekunda 1 xalla kifayətlənib.
Dortmund “Borussiya”sı da səfərdə “Union Berlin”ə məğlub olub.
“Boxum” – “Volfsburq”, “Verder” – “Frayburq” və “Sankt Pauli” – “Maynts” görüşlərində də qonaqlar qələbə qazanıblar.
6-cı turun qalan üç oyunu bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
6-cı tur
4 oktyabr
Auqsburq – Borussiya (Mönhenqladbax) 2:1
Qollar: Şlotterbek, 39. Klod-Maurise, 65 – Klayndienst, 72.
5 oktyabr
Bayer – Holştayn 2:2
Qollar: Bonifase, 4. Hofmann, 8 – Qeşvill, 45+5. Arp, 69-pen.
Boxum – Volfsburq 1:3
Qollar: Boadu, 72 – Tomas, 21. Vind, 37.
Union Berlin – Borussiya (Dortmund) 2:1
Qollar: Voqt, 26-pen. Vertessen, 45 – Ryerson, 62.
Verder – Frayburq 0:1
Qol: Doan, 75.
Sankt Pauli – Maynts 0:3
Qollar: Burkardt, 5; 62. Sieb, 16.
6 oktyabr
17:30. Haydenhaym – Leypsiq
19:30. Ayntraxt – Bayern
21:30. Ştutqart – Hoffenhaym


