Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 15-ci turuna start verilib.
Arena.az xəbər verir ki, 2024-cü ilin sonuncu turunun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Almaniya nəhəngi “Bayern” doğma meydanda “Leypsiq”lə qarşılaşıb. Altı qolun qeydə alındığı oyunda darmadağına sevinən Münhen təmsilçisi zirvədəki mövqeyini daha da möhkəmləndirib və qış çempionu olub.
Qeyd edək ki, ilin son turunun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
15-ci tur
20 dekabr
Bayern – Leypsiq 5:1
Qollar: Musiala, 1. Laymer, 25. Kimmix, 36. Sane, 75. Deyvis, 78 – Şeşko, 2.
21 dekabr
18:30. Ayntraxt – Maynts
18:30. Hoffenhaym – Borussiya (Mönhenqladbax)
18:30. Holştayn – Auqsburq
18:30. Ştutqart – Sankt Pauli
18:30. Verder – Union Berlin
21:30. Bayer – Frayburq
22 dekabr
18:30. Boxum – Haydenhaym
20:30. Volfsburq – Borussiya (Dortmund)