Bundesliqa: “Bayern” “Frayburq”u 6 qolla məğlub etdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Borussiya” (Dortmund) – “Ştutqart” matçında qalib müəyyənləşməyib. Çempion və lider “Bayern” bu dəfə “Frayburq”u darmadağın edibsə, “Auqsburq” da “Hamburq”u xalsız yola salıb. “Haydenhaym” evdə “Borussiya”ya (Mönhenqladbax), “Volfsburq” “Bayer”ə, “Köln” isə “Ayntraxt”a uduzub.

11-ci turun qalan görüşləri noyabrın 23-də keçiriləcək.

Almaniya, Bundesliqa
11-ci tur

21 noyabr

Maynts – Hoffenhaym 1:1
Qollar: Da Kosta, 76 – Olsen, 9-öz qapısına.

22 noyabr

Auqsburq – Hamburq 1:0
Qol: Kade, 76.

Bayern – Frayburq 6:2
Qollar: Karl, 22. Olise, 45+2; 84. Upamekano, 55. Keyn, 60. N.Cekson, 78 – Suzuki, 12. Manzambi, 17.

Borussiya (Dortmund) – Ştutqart 3:3
Qollar: E.Can, 34-pen. Beyer, 41. Adeyemi, 89 – Undav, 47; 71; 90+1.

Haydenhaym – Borussiya (Mönhenqladbax) 0:3
Qollar: Diks, 45+1-pen. Tabakoviç, 76. Maçino, 76.

Volfsburq – Bayer 1:3
Qollar: Hofmann, 9. Tapsoba, 24. Tillman, 33.

Köln – Ayntraxt 3:4
Qollar: Kaminski, 4. Bulter, 83. Valdşmit, 90+4 – Teate, 39. Dahud, 45+6. Burkardt, 59; 63.

23 noyabr

18:30. Leypsiq – Verder
20:30. Sankt Pauli – Union Berlin

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: