Bundesliqa: “Bayern” uğursuz gedişata son qoydu – Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Ştutqart” – “Köln” və “Verder” – “Darmştadt” oyununda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Union Berlin” – “Haydenhaym” matçında da qalib müəyyənləşməyib.

Mönxenqladbax “Borussiya”sı doğma meydanda qarşılaşdığı “Boxum”a böyük hesabla qalib gəlib. Son turlarda ardıcıl məğlubiyyətlərlə üzləşmiş son çempion “Bayern” isə bu dəfə “Leypsiq” üzərində çətin qələbəyə sevinib.

23-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
23-cü tur
23 fevral

Bayer – Maynts 2:1
Qollar: Caka, 3. Andrix, 68 – Kor, 8.

24 fevral

Borussiya (Mönxenqladbax) – Boxum 5:2
Qollar: Nqumu, 28. Vayql, 35. Rayts, 72. Sibaço, 78. Honorat, 90+6 – Hofmann, 75. Şlotterbek, 88.

Ştutqart – Köln 1:1
Qollar: Millot, 53 – Martel, 62.

Union Berlin – Haydenhaym 2:2
Qollar: Qosens, 44. Şafer, 45+2 – Dovedan, 3. Beste, 71.

Verder – Darmştadt 1:1
Qollar: Zimmermann, 8-öz qapısına – Yustvan, 33.

Bayern – Leypsiq 2:1
Qollar: Keyn, 56; 90+1 – Şeşko, 70.

25 fevral

18:30. Ayntraxt – Volfsburq
20:30. Borussiya (Dortmund) – Hoffenhaym
22:30. Auqsburq – Frayburq