Bundesliqa: “Bayern” və “Bayer” evdə xal itirdilər

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Bayer” – “Union Berlin” matçında qapılara qol vurulmayıb. Lider “Bayern” də Dortmund “Borussiya”sı ilə ev oyunundan dörd qolluq məhsuldar heç-heçə ilə ayrılıb.

Mönhenqladbax “Borussiya”sı evdə “Frayburq”a, “Boxum” “Auqsburq”a, “Holştayn” isə “Sankt Pauli”yə eyni hesabla (1:2) uduzub. “Hoffenhaym” da doğma meydanda “Maynts”a 2 cavabsız qolla qalib gəlib.

29-cu turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
29-cu tur

11 aprel

Volfsburq – Leypsiq 2:3
Qollar: Fişer, 58. Skov Olsen, 75 – Openda, 11. X.Simons, 26; 49.

12 aprel

Borussiya (Mönhenqladbax) – Frayburq 1:2
Qollar: K.Günter, 14-öz qapısına – Osterhaqe, 16. Manzambi, 90.

Bayer – Union Berlin 0:0

Boxum – Auqsburq 1:2
Qollar: Hofmann, 60 – Essende, 16. M.Kömür, 90.

Hoffenhaym – Maynts 2:0
Qollar: Kramariç, 4; 32.

Holştayn – Sankt Pauli 1:2
Qollar: Bernardsson, 21 – D.Sinani, 34. Qeşvill, 90+2-öz qapısına.

Bayern – Borussiya (Dortmund) 2:2
Qollar: Gerrero, 65. Qnabri, 69 – Bayer, 75. Anton, 75.

13 aprel

17:30. Ştutqart – Verder
19:30. Ayntraxt – Haydenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: