Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 1-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə “Volfsburq”la qarşılaşan “Bayern” əzmkar qələbə qazanmaqla mövsümə 3 xalla başlayıb.
“Sankt Pauli” isə doğma meydanda “Haydenhaym”a 2 cavabsız qolla məğlub olub.
Almaniya, Bundesliqa
1-ci tur
23 avqust
Borussiya (Mönhenqladbax) – Bayer 2:3
Qollar: Elvedi, 59. Klayndienst, 85 – Caka, 12. Virts, 38; 90+11-pen.
24 avqust
Auqsburq – Verder 2:2
Qollar: Rexbeçay, 16. Essende, 35 – Aqu, 12. Njinma, 58.
Frayburq – Ştutqart 3:1
Qollar: Kubler, 27; 61. Doan, 54 – Demiroviç, 2.
Hoffenhaym – Holştayn 3:2
Qollar: Kramariç, 6-pen; 37; 87 – Bernardsson, 63. Maçino, 89.
Maynts – Union Berlin 1:1
Qollar: Amiri, 53 – Benes, 74.
Leypsiq – Boxum 1:0
Qollar: Nusa, 59.
Borussiya (Dortmund) – Ayntraxt 2:0
Qollar: Bayno-Gittens, 72; 90+3.
25 avqust
Volfsburq – Bayern 2:3
Qollar: Mayer, 47-pen; 55 – Musiala, 20. Kaminski, 65-öz qapısına. Qnabri, 82.
Sankt Pauli – Haydenhaym 0:2
Qollar: Vanner, 66. Şoppner, 82.


