Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 5-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda son çempion “Bayern” doğma meydanda “Verder”lə üz-üzə gəlib. Münhen nəhəngi bu görüşdə ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, “Bayern” yeni mövsümdə itkisiz irəliləyən yeganə komandadır – 15 xal!
5-ci turun qalan görüşləri sentyabrın 27-də və 28-də keçiriləcək.
Almaniya, Bundesliqa
5-ci tur
26 sentyabr
Bayern – Verder 4:0
Qollar: L.Dias, 22. H.Keyn, 45-pen; 65. Laymer, 88.
27 sentyabr
17:30. Haydenhaym – Auqsburq
17:30. Maynts – Borussiya (Dortmund)
17:30. Sankt Pauli – Bayer
17:30. Volfsburq – Leypsiq
20:30. Borussiya (Mönhenqladbax) – Ayntraxt
28 sentyabr
17:30. Frayburq – Hoffenhaym
19:30. Köln – Ştutqart
21:30. Union Berlin – Hamburq


