Bundesliqa: “Bayern”dən autsayder “Boxum”a 5 cavabsız qol

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 8-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Haydenhaym” – “Hoffenhaym” matçında qapılara qol vurulmayıb. “Union Berlin” – “Ayntraxt” oyununda da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Səfərdə autsayder “Boxum”la qarşılaşan Almaniya nəhəngi “Bayern” isə bu rəqibini 5 cavabsız qolla məğlub edib.

Beləliklə, hazırda 20 xala malik “Bayern” və “Leypsiq” komandaları zirvəni bölüşürlər. Son çempion “Bayer”, eləcə də “Union Berlin” və “Frayburq” hərəyə 15 xal toplayıblar. “Ayntraxt”ın 14, Dortmund “Borussiya”sının 13, “Ştutqart” və “Verder”in 12, “Haydenhaym”, “Borussiya” (Monhenqladbax) və “Auqsburq”un 10, “Maynts”ın 9, “Volfsburq” və “Hoffenhaym”ın 8, “Sankt Pauli”nin 5, “Holştayn”ın 2, sonuncu olan “Boxum”un isə 1 xalı var.

Almaniya, Bundesliqa
8-ci tur
25 oktyabr

Maynts – Borussiya (Mönhenqladbax) 1:1
Qollar: Layner, 55-öz qapısına – Kleyindienst, 57.

26 oktyabr

Auqsburq – Borussiya (Dortmund) 2:1
Qollar: Klod-Moris, 25; 50 – Malen, 4.

Leypsiq – Frayburq 3:1
Qollar: Orban, 47. Geertruida, 58. Openda, 79 – Doan, 15.

Sankt-Pauli – Volfsburq 0:0

Ştutqart – Holştayn 2:1
Qollar: Undav, 19. Ture, 61 – Giqoviç, 84.

Verder – Bayer 2:2
Qollar: Dukş, 74. Şmid, 90 – Bonifase, 30. Aqu, 77-öz qapısına.

27 oktyabr

Boxum – Bayern 0:5
Qollar: Olise, 16. Musiala, 26. Keyn, 57. Sane, 65. Koman, 71.

Union Berlin – Ayntraxt 1:1
Qollar: Hollerbax, 66 – Götse, 14.

Haydenhaym – Hoffenhaym 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: