Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Boxum” – “Holştayn” matçında qalib müəyyənləşməyib.
“Union Berlin” doğma meydanda “Hoffenhaym”a, “Ayntraxt” isə Frankfurtda “Borussiya”ya (Mönhenqladbax) qalib gəlib.
“Haydenhaym”ın qonağı olan “Frayburq” bu dəfə 3 xalı 3 cavabsız qolla qazanıb. “Bayern” isə səfərdə “Verder”i əzici hesabla məğlub edib.
4-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
4-cü tur
20 sentyabr
Auqsburq – Maynts 2:3
Qollar: Şlotterbek, 25. Essende, 57 – Sieb, 13. Burkardt, 15; 49.
21 sentyabr
Boxum – Holştayn 2:2
Qollar: Bero, 22. Daşner, 35 – Pixler, 15. Matino, 89.
Haydenhaym – Frayburq 0:3
Qollar: Doan, 54. Qrifo, 59; 65.
Union Berlin – Hoffenhaym 2:1
Qollar: Rote, 4. Yanq, 6 – Bulter, 67.
Verder – Bayern 0:5
Qollar: Olise, 23; 60. Musiala, 32. Keyn, 57. Qnabri, 65.
Ayntraxt – Borussiya (Mönhenqladbax) 2:0
Qollar: Larsson, 31. Marmuş, 80.
22 sentyabr
17:30. Bayer – Volfsburq
19:30. Ştutqart – Borussiya (Dortmund)
21:30. Sankt Pauli – Leypsiq


