Bundesliqa: “Bayern”dən yeni mövsümə 6 qolluq start

Bu gün keçirilmiş bir oyunla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, mövsümün açılış oyununda son çempion “Bayern” doğma meydanda “Leypsiq”lə qarşılaşıb.

Münhen təmsilçisi ev oyununda 6 cavabsız qolla qalib gəlib.

İlk turun qalan görüşləri avqustun 23-də və 24-də keçiriləcək.

Almaniya, Bundesliqa
1-ci tur

22 avqust

Bayern – Leypsiq 6:0
Qollar: Olise, 27; 42. L.Dias, 32. H.Keyn, 64; 74; 78.

23 avqust

17:30. Bayer – Hoffenhaym
17:30. Ayntraxt – Verder
17:30. Frayburq – Auqsburq
17:30. Haydenhaym – Volfsburq
17:30. Union Berlin – Ştutqart
20:30. Sankt-Pauli – Borussiya (Dortmund)

24 avqust

17:30. Maynts – Köln
19:30. Borussiya (Mönhenqladbax) – Hamburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: