Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Volfsburq” – “Ştutqart” matçında qalib müəyyənləşməyib.
Almaniya nəhəngi “Bayern”lə son çempion “Bayer” arasındakı mərkəzi oyunda da heç-heçə qeydə alınıb. Münhendə keçirilən oyunda hesabı leverkuzenlilər açsa da, meydan sahibləri buraxılan topun əvəzini vaxtında çıxıblar.
Mönhenqladbax “Borussiya”sı bu turda “Union Berlin”i, “Leypsiq” isə “Auqsburq”u məğlub yola salıb.
“Frayburq” evdə “Sankt Pauli”yə, “Maynts” da “Haydenhaym”a uduzub.
5-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
5-ci tur
27 sentyabr
Borussiya (Dortmund) – Boxum 4:2
Qollar: Girassi, 44; 75. E.Can, 62-pen. Nmeça, 81 – Bero, 16; De Vit, 21.
28 sentyabr
Borussiya (Mönhenqladbax) – Union Berlin 1:0
Qol: Çvançara, 90+6.
Frayburq – Sankt Pauli 0:3
Qollar: Saad, 12; 72. Afolayan, 45.
Maynts – Haydenhaym 0:2
Qollar: Pyeringer, 15. Şoppner, 86.
Leypsiq – Auqsburq 4:0
Qollar: Şeşko, 11; 15. Openda, 46. X.Simons, 57.
Volfsburq – Ştutqart 2:2
Qollar: Vind, 20. Amura, 68 – Millo, 32. Undav, 90+7.
Bayern – Bayer 1:1
Qollar: A.Pavloviç, 39 – R.Andrix, 31.
29 sentyabr
17:30. Holştayn – Ayntraxt
19:30. Hoffenhaym – Verder


