Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Volfsburq” – “Boxum” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Auqsburq”a 3 cavabsız qolla uduzub. “Holştayn”ın qonağı olan “Bayer” inamlı qələbəyə sevinib. “Maynts” doğma meydanda “Sankt Pauli”yə 2 cavabsız qolla qalib gəlibsə, Dortmund “Borussiya”sı “Union Berlin”lə ev oyunundan 6 cavabsız qolla qalib ayrılıb.
23-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
23-cü tur
21 fevral
Frayburq – Verder 5:0
Qollar: Sildilya, 15. Qrifo, 33; 57. Doan, 76; 90+2.
22 fevral
Borussiya (Mönhenqladbax) – Auqsburq 0:3
Qollar: Klod-Maurise, 55; 61; 70.
Holştayn – Bayer 0:2
Qollar: Şik, 9. A.Adli, 45.
Maynts – Sankt Pauli 2:0
Qollar: Li, 67. Nebel, 90+5.
Volfsburq – Boxum 1:1
Qollar: Svanberq, 81 – Masoviç, 50.
Borussiya (Dortmund) – Union Berlin 6:0
Qollar: D.Leyte, 25-öz qapısına. Girassi, 40; 75; 80; 83. Bayer, 89.
23 fevral
18:30. Leypsiq – Haydenhaym
20:30. Bayern – Ayntraxt
22:30. Hoffenhaym – Ştutqart


