Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Haydenhaym” – “Verder” matçında qalib müəyyənləşməyib. “Köln” – “Auqsburq” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Yeddi qolun qeydə alındığı “Maynts” – “Bayer” görüşündə Leverkuzin təmsilçisi çətin qələbəyə sevinib. “Leypsiq” “Hamburq”u məğlub yola salıbsa, “Ştutqart” “Volfsburq”u səfərdə 3 cavabsız qolla yenib.
Turun mərkəzi oyununda çempion “Bayern” doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Münhen təmsilçisi bu oyundan da qalib ayrılıb.
7-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
7-ci tur
17 oktyabr
Union Berlin – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Doexi, 3; 26. Xedira, 81 – Tabakoviç, 33.
18 oktyabr
Köln – Auqsburq 1:1
Qollar: Mala, 76 – Rider, 54-pen.
Haydenhaym – Verder 2:2
Qollar: Şimmer, 67. Fohrenbax, 83 – Qrüll, 50. Stage, 69.
Maynts – Bayer 3:4
Qollar: Li, 34. Amiri, 71-pen. Sieb, 90 – Qrimaldo, 11-pen; 45+3. Kofane, 24. Terrye, 87.
Leypsiq – Hamburq 2:1
Qollar: Baumqartner, 45; 50 – Lokonqa, 48.
Volfsburq – Ştutqart 0:3
Qollar: T.Tomas, 35. Mittelştadt, 55. Ştiller, 80.
Bayern – Borussiya (Dortmund) 2:1
Qollar: Keyn, 22. Olise, 79 – Brandt, 84.
19 oktyabr
17:30. Frayburq – Ayntraxt
19:30. Sankt Pauli – Hoffenhaym


