Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Ayntraxt” – “Volfsburq” matçında qalib müəyyənləşməyib.
Üç qolun vurulduğu “Auqsburq” – “Frayburq” oyunu meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Dortmund “Borussiya”sı isə doğma meydanda “Hoffenhaym”la məhsuldar keçən matçdan məğlubiyyətlə ayrılıb.
Beləliklə, 23 turdan sonra Bundesliqanın turnir cədvəlinə Avropa Liqasının 1/8 finalında Azərbaycan çempionu “Qarabağ”a rəqib olan “Bayer” liderlik edir – 61 xal. Son çempion “Bayern” 53 xalla 2-ci, 47 xalı olan “Ştutqart” 3-cü, 41 xalda qalan Dortmund “Borussiya”sı 4-cüdür. “Leypsiq”in 40, “Ayntraxt”ın 34, “Hoffenhaym” və “Verder”in 30 xalı var.
Almaniya, Bundesliqa
23-cü tur
23 fevral
Bayer – Maynts 2:1
Qollar: Caka, 3. Andrix, 68 – Kor, 8.
24 fevral
Borussiya (Mönxenqladbax) – Boxum 5:2
Qollar: Nqumu, 28. Vayql, 35. Rayts, 72. Sibaço, 78. Honorat, 90+6 – Hofmann, 75. Şlotterbek, 88.
Ştutqart – Köln 1:1
Qollar: Millot, 53 – Martel, 62.
Union Berlin – Haydenhaym 2:2
Qollar: Qosens, 44. Şafer, 45+2 – Dovedan, 3. Beste, 71.
Verder – Darmştadt 1:1
Qollar: Zimmermann, 8-öz qapısına – Yustvan, 33.
Bayern – Leypsiq 2:1
Qollar: Keyn, 56; 90+1 – Şeşko, 70.
25 fevral
Ayntraxt – Volfsburq 2:2
Qollar: Maks, 14. Marmuş, 90+2 – Lakrua, 2. Behrens, 36.
Borussiya (Dortmund) – Hoffenhaym 2:3
Qollar: Malen, 21. Şlotterbek, 25 – Bebuu, 2. Bayer, 61; 64.
Auqsburq – Frayburq 2:1
Qollar: Uduokai, 72. Engels, 81 – Qrifo, 19-pen.


