Bundesliqa: “Borussiya” evdə, “Union Berlin” səfərdə sevindi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 27-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Frayburq” – “Union Berlin” matçında qonaqlar qələbə qazanıblar.

Dortmund “Borussiya”sı isə “Maynts”la ev oyununda inamlı qələbəyə sevinib.

Beləliklə, 27 turdan sonra 65 xal toplamış “Bayern” vahid liderdir. Son çempion “Bayer” 59 xalla ikinci, Frankfurt “Ayntraxt”ı isə 48 xalla üçüncü pillədə qərarlaşıb. “Maynts” 45, Mönhenqladbax “Borussiya”sı 43, “Leypsiq” və “Frayburq” 42, “Auqsburq” və Dortmund “Borussiya”sı 38, “Ştutqart” 37, “Verder” 36, “Union Berlin” 30, “Hoffenhaym” 27, “Sankt Pauli” 25, “Haydenhaym” 22, “Boxum” 20, sonuncu olan “Holştayn” isə 17 xal toplayıb.

Almaniya, Bundesliqa
27-ci tur
28 mart

Bayer – Boxum 3:1
Qollar: A.Qarsiya, 20. Bonifase, 60. A.Adli, 87 – Passlak, 26.

29 mart

Borussiya (Mönhenqladbax) – Leypsiq 1:0
Qol: Plea, 56.

Bayern – Sankt Pauli 3:2
Qollar: H.Keyn, 17. Sane, 53; 71 – Saad, 27. Ritska, 90+3.

Hoffenhaym – Auqsburq 1:1
Qollar: Kramariç, 71-pen – Essende, 46.

Holştayn – Verder 0:3
Qollar: Dukş, 25. Aqu, 59. Qrull, 90+3.

Volfsburq – Haydenhaym 0:1
Qol: Pyeringer, 16-pen.

Ayntraxt – Ştutqart 1:0
Qol: Götse, 71.

30 mart

Frayburq – Union Berlin 1:2
Qollar: Holer, 29 – Xedira, 30. İliç, 48.

Borussiya (Dortmund) – Maynts 3:1
Qollar: Beyer, 39; 72. E.Can, 42 – Nebel, 76.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: