Bundesliqa: “Borussiya” “Maynts”a böyük hesabla uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Frayburq” – “Haydenhaym”, “Leypsiq” – “Verder” və “Borussiya” (Mönhenqladbax) – “Ayntraxt” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beş qolun qeydə alındığı “Köln” – “Union Berlin” matçında meydan sahibləri möhtəşəm və əzmkar qələbəyə seviniblər.

Dortmund “Borussiya”sı da səfərdə “Maynts”a 3 cavabsız qolla uduzub.

Turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
33-cü tur
10 may

Auqsburq – Ştutqart 0:1
Qol: Girassi, 48.

11 may

Borussiya (Mönhenqladbax) – Ayntraxt 1:1
Qollar: Hak, 9 – Ebimbe, 35.

Köln – Union Berlin 3:2
Qollar: Kaynts, 45-pen. Tigges, 87. Dauns, 90+3 – Knoxe, 15. Folland, 19-pen.

Frayburq – Haydenhaym 1:1
Qollar: Doan, 29 – Sessa, 38.

Leypsiq – Verder 1:1
Qollar: Şeşko, 61 – Seyvald, 36-öz qapısına.

Maynts – Borussiya (Dortmund) 3:0
Qollar: Barreyro, 12. Son, 19; 23.

12 may

17:30. Darmştadt – Hoffenhaym
19:30. Bayern – Volfsburq
21:30. Boxum – Bayer