Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Haydenhaym” – “Auqsburq” matçında meydan sahibləri qələbə qazanıblar.
“Maynts” evdə Dortmund “Borussiya”sına, “Sankt Pauli” “Bayer”ə, “Volfsburq” isə “Leypsiq”ə məğlub olub. Mönhenqladbax “Borussiya”sının “Ayntraxt”la ev oyunu daha məhsuldar alınıb. 10 qolun vurulduğu bu görüşdə də 3 xalı qonaqlar bayram ediblər.
5-ci turun qalan görüşləri sentyabrın 28-də keçiriləcək.
Almaniya, Bundesliqa
5-ci tur
26 sentyabr
Bayern – Verder 4:0
Qollar: L.Dias, 22. H.Keyn, 45-pen; 65. Laymer, 88.
27 sentyabr
Haydenhaym – Auqsburq 2:1
Qollar: Kaufmann, 47. Konte, 54 – Tiets, 90+8.
Maynts – Borussiya (Dortmund) 0:2
Qollar: Svensson, 27. Adeyemi, 40.
Sankt Pauli – Bayer 1:2
Qollar: Vahl, 32 – Tapsoba, 25. Poku, 58.
Volfsburq – Leypsiq 0:1
Qol: Bakayoko, 8.
Borussiya (Mönhenqladbax) – Ayntraxt 4:6
Qollar: Kastrop, 72. Tabakoviç, 78. Engelhardt, 83. Ranos, 90+9 – Kox, 11; 47. Knauff, 15. Burkardt, 35. Şaibi, 39. C.Y.Uzun, 45+1.
28 sentyabr
17:30. Frayburq – Hoffenhaym
19:30. Köln – Ştutqart
21:30. Union Berlin – Hamburq


