Bundesliqa: “Borussiya” yeni mövsümə inamlı qələbə ilə başladı

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Auqsburq” – “Verder” matçında qalib müəyyənləşməyib. “Maynts” – “Union Berlin” oyununda da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Frayburq” doğma meydanda “Ştutqart”a, “Hoffenhaym” “Holştayn”a, “Leypsiq” isə “Boxum”a qalib gəlib. Dortmund “Borussiya”sı da ilk oyunda “Ayntraxt”ı 2 cavabsız qolla üstələyib.

Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
1-ci tur
23 avqust

Borussiya (Mönhenqladbax) – Bayer 2:3
Qollar: Elvedi, 59. Klayndienst, 85 – Caka, 12. Virts, 38; 90+11-pen.

24 avqust

Auqsburq – Verder 2:2
Qollar: Rexbeçay, 16. Essende, 35 – Aqu, 12. Njinma, 58.

Frayburq – Ştutqart 3:1
Qollar: Kubler, 27; 61. Doan, 54 – Demiroviç, 2.

Hoffenhaym – Holştayn 3:2
Qollar: Kramariç, 6-pen; 37; 87 – Bernardsson, 63. Maçino, 89.

Maynts – Union Berlin 1:1
Qollar: Amiri, 53 – Benes, 74.

Leypsiq – Boxum 1:0
Qollar: Nusa, 59.

Borussiya (Dortmund) – Ayntraxt 2:0
Qollar: Bayno-Gittens, 72; 90+3.

25 avqust

17:30. Volfsburq – Bayern
19:30. Sankt Pauli – Haydenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: