Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Boxum” – “Frayburq” matçında qonaqlar qalib gəliblər.
Dörd qolun vurulduğu “Ayntraxt” – “Hoffenhaym” matçında isə meydan sahibləri inamlı qələbəyə seviniblər.
Avropa Liqasının 1/8 finalında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Bayer” də “Volfsburq”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Beləliklə, 25 turdan sonra 67 xala malik “Bayer” vahid liderdir. Son çempion “Bayern” 57 xalla 2-ci, 53 xalı olan “Ştutqart” isə 3-cü pillədə qərarlaşıb.
Dortmund “Borussiya”sı 47, “Leypsiq” 46, “Ayntraxt” 40, “Hoffenhaym” və “Frayburq” 33, “Auqsburq” 32, “Verder” 30 xal toplayıb.
Almaniya, Bundesliqa
25-ci tur
8 mart
Ştutqart – Union Berlin 2:0
Qollar: Girassi, 19. Fuhrix, 65.
9 mart
Auqsburq – Haydenhaym 1:0
Qol: Qaueleu, 22.
Borussiya (Mönxenqladbax) – Köln 3:3
Qollar: Honorat, 32. Hak, 71; 73 – Alidu, 7; 64. Dauns, 79.
Bayern – Maynts 8:1
Qollar: Keyn, 13; 45+7; 70. Qoretska, 20; 90+2. Müller, 47. Musiala, 61. Qnabri, 66 – Amiri, 31.
Leypsiq – Darmştadt 2:0
Qollar: İşervud, 3-öz qapısına. Baumqartner, 50.
Verder – Borussiya (Dortmund) 1:2
Qollar: Njinmah, 70 – Malen, 21. Sançoo, 38.
10 mart
Boxum – Frayburq 1:2
Qollar: Ordets, 62 – Eggeştayn, 36. Qreqoriç, 53.
Ayntraxt – Hoffenhaym 3:1
Qollar: Kox, 32. Ebimbe, 50. Götse, 64 – Bruks, 6.
Bayer – Volfsburq 2:0
Qollar: Tella, 37. Virts, 86.


